|
Venesuela Prezidenti Nikolas Maduro növbəti dəfə Türkiyə tarixindən bəhs edən “Diriliş Ərtoğrul” serialını heyranlıqla izlədiyini deyib.
Axar.az xəbər verir ki, Maduro bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı danışıb. Ötən həftə serialın çəkildiyi pavilyonu gəzən Çavuşoğlu çəkdiyi videoları Maduroya göstərib.
Venesuela prezidenti serialın ölkəsində yayımlanması üçün addım atacağını deyib. N.Maduro həmçinin Osmanlı tarixi ilə də yaxından maraqlandığını bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu sentyabrın 21-də Venesuelaya rəsmi səfər edib.