|
Uşaqlarınızı ənənəvi idmanlarla tanış edin. Bu gün oxatanları, at sürənləri, güləşənləri izləyənlər öz həyatlarına bunları qatırmı görəsən? Biz at üstündə dastanlar yazan əcdadın nəvələriyik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan deyib. O, ənənəvi idmanların məhşurlaşması və oynanılmasının lazım olduğunu bildirib:
“At minmək yalnız məhdud elit seqmentin idmanımı, yoxsa bütün türkün? Oxatma idmanını mənimsəmək lazımdır. Pedaqoqlar belə bildirib ki, ox atmaq uşaqlarda diqqət dağınıqlığını yox edir. Bu bizim öz idmanımızdır. Başqa yerdən gəlməyib. Biz Qərb mədəniyyətini silməyə çalışmırıq, sadəcə bizim mədəniyyəti də yaşatmaq lazımdır".