|
İran Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti bu gün Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Asiya Departamentinin rəhbəri Zamir Kabulov deyib. Onun sözlərinə görə, Vilayətinin Moskvada rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
O, görüşlərin sabah baş tutacağını bildirib. Maraqlıdır ki, Vilayətinin Rusiya Xarici İşlər Nazirliyində görüşünün nəzərdə tutulmadığı açıqlanıb.
Qeyd edək ki, bundan öncə rus mətbuatı Vilayətinin Moskvaya gələcəyini və burada Vladimir Putinə Əli Xameneinin məktubunu verəcəyini bildirmişdi.