|
İranın Ali dini lideri Əli Xamenei Əhvaz şəhərində baş verən terror aktının arxasında dayanan ölkələri birbaşa olaraq açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Hücumu təşkil edənləri Səudiyyə Ərəbistanı ilə BƏƏ maliyyələşdirib, ABŞ isə dəstək olub”, - Xamenei bildirib.
Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində baş verən terror hücumunda 29 nəfər həyatını itirib, 60 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Terakta görə məsuliyyəti üzərinə Əhvazın Vətənpər Ərəb Demokratik Hərəkatı, həmçinin İŞİD götürüb.
İlkin məlumatda terror hücumunu 4 nəfərin etdiyi, onlardan ikisinin yerindəcə məhv edildiyi, ikisinin isə axtarıldığı bildirilmişdi.
Xamenei teraktla bağlı ilk açıqlamasında konkret ad çəkməmişdi.