|
İran hökuməti Əhvaz şəhərində hərbi parad zamanı törədilmiş terror aktında əli olan 22 nəfəri saxlayıb.
Bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılanlardan 5-nin terror hadisəsi ilə əlaqəsi təsdiqlənib. Onlardan partlayıcı maddələr və rabitə vasitələri götürülüb.
Qeyd edək ki, terror aktı nəticəsində 28 nəfər dünyasını dəyişib.