|
İran prezidenti Həsən Ruhani Oman və Fars körfəzlərini birləşdirən Hörmüz boğazını bağlayacaqlarını bildirib.
Ruhani ABŞ-ın sanksiya siyasəti davam edərsə, bu addımı atmaqda qərarlı olduqlarını deyib. O qeyd edib ki, sözləri “xəbərdarlıq” yox, “reallıqdır”:
“Əgər Fars körfəzi ilə hərəkət açıq və təhlükəsiz qalacaqsa, bu, hamı üçün belə olmalıdır”.
Ruhani əlavə edib ki, ABŞ İran neftinin dünya bazarına çıxarılmasına tamamilə qadağa qoya bilməz.