|
Türkiyə ABŞ-ın sanksiya siyasəti ucbatından İrandan qaz idxalını dayandırmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu “Röyter”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Barak Obamanın da dönəmində belə situasiya olub. Əgər biz bunu idxal edə bilməsək, o zaman bizim xalq qışda nə ilə isinəcək? Bu gün qaz ehtiyacımızın 50%-ni Rusiyadan, qalan hissəsini isə Azərbaycan, İran, İraq və bəzən də Əlcəzairdən alırıq”, – deyə o jurnalistin sualını cavablandırarkən deyib.
Qeyd edək ki, ABŞ-ın İran neftinə qarşı sanksiyası noyabrın 5-də qüvvəyə minəcək. Yeni sanksiya İranın qaz sektoruna aid edilməyəcək.