|
ABŞ sonunda nüvə razılaşmasına qayıdacaq.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. Dövlət başçısı bildirib ki, Tehran vədlərini yerinə yetirənə qədər razılaşmada qalacaq:
“Birləşmiş Ştatlar əvvəl-axır razılaşmaya qayıdacaq”.
Xatırladaq ki, Donald Tramp may ayında ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını bəyan etmişdi.