|
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə İranın Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında Moskvada görüş keçirilib.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının Mətbuat katibi Yevgeni Anoşin deyib. Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu Yaxın Şərq və Suriyadakı situasiya olub.
Anoşin Rusiya və İranın təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin də müzakirə edildiyini bildirib.