|
Ermənistan parlamentinin spikeri Ara Babloyan sabah Azərbaycanın işğal edilmiş bölgəsi olan Xankəndinə gələcək.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb. Onun Xankəndidə qondarma rejimin rəhbəri Bako Saakyan və “spiker” Aşot Qulyanla görüşəcəyi bildirilib.
Qeyd edək ki, Babloyan Respublikaçılar Partiyasının üzvüdür. O, Serj Sərkisyanın hakimiyyətdəki əsas dayaqlarından biri sayılır.