|
Sentyabrın 23-də Sankt-Peterburq şəhərinin “Texnoloji institut” metro stansiyasında dünyaya gəlmiş körpədən anası imtina edib.
Qadın bunu həyat tərzi və səhhətindəki problemlə əlaqələndirib. Bu barədə Şimal paytaxtının uşaq hüquqları üzrə müvəkkilinin bəyanatında deyilib. Bildirilir ki, qadının yeniyetmə yaşlarında daha iki övladı var və onlar üzərində də valideynlik hüququndan məhrum edilib.
Yer altında doğulan körpənin taleyi ilə bağlı məsələ yaxın vaxtlarda həll ediləcək.