|
Ermənistanın “Nyus.am” (“News.am”) saytı Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sahibi olduğu “Aykakan Jamanak” qəzetini məhkəməyə verib.
Axar.az xəbər verir ki, saytın qəzeti məhkəməyə verməsinə “Aykakan Jamanak”da yayımlanan məqalə olub. Belə ki, məqalədə qəzet “Nyus.am”ı Köçəryanın aldığını iddia edib.
Sayt qəzetdə yayımlanan məqalənin portalın işgüzar nüfuzuna zərər vurduğunu bildirib. Portal bunun üçün “Aykakan Jamanak”ın ona 200 min dram ödəməsini tələb edib.