|
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan aktiv görüşlər keçirməyə başlayıb.
Axar.az xəbər verir ki, “Joxovurd” qəzeti Köçəryanın bununla növbədənkənar seçkidən öncə yeni qüvvə formalaşdırmaq istədiyini yazıb.
“Köçəryan bu dövr ərzində Milli Razılaşma Partiyasının rəhbəri Aram Arutyunyan, Razılaşma Partiyasının sədri Sərkis Avetisyan, Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsqulyanla görüşüb. Maraqlı olan digər məqamı isə Respublikaçılar Partiyasının deputatı Qalust Saakyan açıqlayıb. O bildirib ki, Köçəryanın siyasətə qayıdıb, respublikaçılara yaxın əməkdaşlıq proqramı təklif etsə, o zaman onunla əməkdaşlıq nəzərdən keçiriləcək”.