|
İndoneziyanın Sulavesi adası yaxınlığında 7.7 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, İndoneziyadan keçən Alov qövsü ötən gecədən etibarən aktivləşib. Səhər saatlarında bölgədə 6.1 bal gücündə baş verən zəlzələdən sonra 4.5-5.5 bal arası bir neçə təkan qeydə alınıb.
Baş verən zəlzələr zamanı 1 nəfər dünyasını dəyişib,10 nəfər isə yaralanıb.
Sunami xəbərdarlığı edilib.