|
Beynəlxalq ictimaiyyət və təşkilatlar çətin vəziyyətdə olan ölkələrə lazımi qədər yardım etmir.
Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras deyib.
O bildirib ki, son illər beynəlxalq qurumlara inam zəifləyib:
“İqtisadi böhran zamanı Yunanıstan ən çox qaçqın yükünü qəbul edən ölkə idi. Bir neçə ay ərzində adalara 1,2 milyondan çox insan gəldi. Yunanıstan həmçinin Balkan yarımadasında və Şərq Aralıq dənizində gedərək artan qeyri-sabitliyin mərkəzində idi və rasizm meylləri sürətlə artırdı”.