|
Rusiyanın Suriyadakı hədəfləri Türkiyə və İranla 100 faiz üst-üstə düşmür, ancaq bu ölkələr terrorizmlə mübarizədə müttəfiqdir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Lavrov bildirib ki, sözügedən ölkələrlə hədəflərin üst-üstə düşmə ehtimalı az ola bilər: "Ancaq bu mərhələdə biz terrorizmlə mübarizədə, Suriyanın ərazi bütövlüyünü qorumaq və suriyalılara yardım etmək məsələsində müttəfiqik. Astana formatı çərçivəsində bu əməkdaşlığın çox faydalı olmasına heç bir şübhəm yoxdur".