|
Pyotr Poroşenko Ukraynanın böyük xadimi ola bilərdi, amma o, bu imkanı bir neçə milyard dollara dəyişdi.
Axar.az xəbər verir ki, bunu “NyusVan” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, Poroşenko Avropanın yeni Çörçilli ola bilərdi:
“Ukraynalılar həyatlarından beş il itiriblər. Son beş il Ukrayna üçün itkidir. Tezliklə Poroşenko dövlətə xəyanətdə, korrupsiyada, milyardlarla mülkün mənimsənilməsində ittiham ediləcək. Ona yaxşı vəkil tutmağı tövsiyyə edirəm”.