"Azərbaycanlılar bu müsabiqədə iştirakdan imtina edərək, düzgün addım atdılar" - Boris Navasardyanİrəvanda fəaliyyət göstərən Press Klubun prezidenti Boris Navasardyan “Echo Baku” internet kanalına müsahibəsində Ermənistan paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağı ilə bağlı insidentə münasibətini bildirib. Kanalın aparıcısı müxtəlif yarışlarda Azərbaycan və Ermənistan idmançıları arasında bir neçə qalmaqalı sadalayıb və “Sonuncu hadisə həmin hadisələrin məntiqinə uyğun gəlirmi?” sualını verib. Navasardyan cavabında 2008-ci il Avropa çempionatının seçmə turniri zamanı yaranmış vəziyyəti xatırladıb. O zaman “kor püşkatma” nəticəsində Azərbaycan və Ermənistan futbol komandaları eyni qrupa düşmüşdülər.

– Komandalar harada oynayacaqları ilə bağlı heç cür razılığa gələ bilmirdilər. Ermənistanın idman təşkilatları Azərbaycan yığmasını İrəvanda qəbul etməyə hazır olduqlarında israr edirdilər. Azərbaycan komandası isə imtina edərək, neytral meydanda oynamağı təklif edirdi. Razılaşma olmadığından hər iki qarşılaşmaya görə komandalara məğlubiyyət hesablandı. Yəni hər şeyi itirdilər.

Sonuncu epizoda – İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına qayıdan Navasardyan deyib:

– Bu epizod birmənalı olaraq Ermənistanın xeyrinə deyil. Hesab edirəm ki, bu, prinsipcə, biabırçı hadisədir və Ermənistan beynəlxalq yarışlara ev sahibliyi edə bilməyən ölkə kimi özünü gözdən saldı. Amma mən niyə bu əməli törədən “cavan oğlan” yox, “Ermənistan” deyirəm? Ermənistanda da, Azərbaycanda da hər an hər şey edə biləcək “ağılsız başlar” var və onlardan nəsə gözləmək olar. Ona görə də, əgər siz beynəlxalq yarışların keçirilməsi, o cümlədən iştirakçıları dəvət etmək və ya müharibədə olduğunuz ölkəni təmsil edən idmançılar üçün təhlükəsizlik zəmanəti vermək məsuliyyətini üzərinizə götürürsünüzsə, o zaman heç bir insidentin baş verməməsi üçün həqiqətən də bütün tədbirləri görməlisiniz. Açılış mərasiminin təşkilində bu və ya digər formada iştirak edən Ermənistan hökuməti, onun hüquq-mühafizə orqanları və digər qurumlar isə bu tapşırığın öhdəsindən gələ bilmədilər. Üstəlik, təəssüf ki, baş verənlərlə bağlı hələ də rəsmi reaksiya eşitmirəm. Çempionatın təşkilat komitəsinin sədrinin (bu şəxs eyni zamanda Nikol Paşinyanın administrasiyasının rəhbəridir) “Facebook”da hansısa yazısı var idi və o, bayrağı yandıran şəxsin hərəkətini pisləyirdi. Yenə də “Facebook”da Ermənistan parlamentinin deputatlarının, deyərdim ki, kifayət qədər səmimi qeydləri vardı və onlar baş verənlərə görə hamıdan üzr istəyirdilər. Bu mövzu mediada, sosial şəbəkələrdə kifayət qədər fəal müzakirə olunur. Amma fakt odur ki, baş verənlərlə bağlı rəsmi qiymət eşitməmişik. Bu, müəyyən narahatlıq doğurur. Çünki belə hallar baş verirsə, səhvlərin etiraf edilməsi və onların bir daha heç bir şəkildə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir. Üstəlik, Ermənistan gələn il ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Və əgər bu insident İrəvanın daha böyük idman yarışına ev sahibliyi etməsinə mane olmayacaqsa, artıq bu gün nəticə çıxarmaq lazımdır.

Amma mən həm də döyüşən ölkələrin idmançılarının “rəqib meydanında” idman yarışlarında və ya hər hansı digər tədbirlərdə iştirakının, ümumiyyətlə, lazım olub-olmadığı ilə bağlı öz subyektiv fikrimi bildirmək istəyirəm. Düşünürəm ki, yox, çünki müasir idman bütün hallarda psixologiyadan çox təsirlənir. İdmançılar isə ruhən nə qədər güclü olsalar da, ətrafda qeyri-sağlam düşmənçilik mühiti olanda, psixoloji cəhətdən hər şeyi yüz faiz yerinə yetirə bilmirlər. Və ən azı yaxın gələcəkdə bir-birimizlə insan kimi danışmağı öyrənənə qədər Bakıda erməni idmançılara qarşı qeyri-sağlam düşmənçilik mühiti olub və olacaq. İrəvanda da Azərbaycan idmançılarına münasibətdə eyni cür. Ona görə də, mühüm beynəlxalq yarışları buraxmaq nə qədər ağır olsa da, münasibətlər normallaşana qədər, yaxşı olar ki, bir-birimizə yarışlara getməyək. Yeri gəlmişkən, Avroviziya Mahnı Müsabiqəsi Bakıda keçiriləndə də eyni fikri bildirmişdim. O zaman erməni tərəfi özünü bir qədər qeyri-məntiqi apardı. Əvvəlcə, deyəsən, iştirak edəcəklərini elan etdilər, amma müsabiqəyə az qalmış getmədilər. Yeri gəlmişkən, Ermənistan bu səbəbdən diskvalifikasiya edildi və növbəti Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilmədi. Hesab edirəm ki, ilk gündən məntiqli və əsaslı qərar qəbul etmək lazım idi. 2022-ci ilin sonunda İrəvanda Uşaq Avroviziya Mahnı Müsabiqəsi keçirildi və mən hesab edirəm ki, azərbaycanlılar bu müsabiqədə iştirakdan imtina edərək, düzgün addım atdılar.

Press Klub
17 May 2025 Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?
17 May 2025 ABŞ “rəngli inqilablar”dan imtina edir - Bəs Trampdan sonra...
17 May 2025 1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər
17 May 2025 İran ilk dəfə buna məcbur oldu - Ortaqus
17 May 2025 "Müharibəni bitirmək istəyirik"
17 May 2025 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
17 May 2025 "PKK-nın bütün qolları silahları təhvil verməlidir"
16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək

Xəbər lenti