|
ABŞ-dan havadan müdafiə sistemlərini satın almaq istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. O bildirib ki, bu kimi silahlar Rusiya təhdidinə qarşı effektiv vasitədir:
“ABŞ-dan müdafiə sistemlərinin əldə edilməsi qlobal təhlükəsizliyin təmin edilməsinə yardımçı olacaq”.
Poroşenko həmçinin bildirib ki, "Javelin" anti-tank sistemlərini alınması Kiyev-Vaşinqton arasında əməkdaşlığın simvolik başlanğıcıdır.