|
İndoneziyada göyərtəsində xilasetmə xidmətinin əməkdaşları olan təyyarə zəlzələdən əziyyət çəkən Sulavesi adasının Mutiara aeroportunun bərbad halda olan eniş zolağına düşməyə məcbur olub.
Axar.az xəbər verir ki, videoda pilotun ustalığı ilə yanaşı, zəlzələdən sonra hava limanının etirafının və eniş zolağının düşdüyü bərbad vəziyyət aydın şəkildə öz əksini tapıb.
Qeyd edək ki, İndoneziyada zəlzələ və sunami nəticəsində 1203 nəfər dünyasını dəyişib.