İlon Mask Azərbaycana gəlir“Azərkosmos” ilə “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb, İlon Maskın oktyabrda Bakıya gəlişi reallaşmaq üzrədir.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və "SpaceX" şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar:

"Müqaviləyə əsasən, "Azərkosmos" və "SpaceX" şirkəti arasında şirkətin "Starlink" peyk internet xidmətinin Azərbaycanda satışı üzrə razılıq əldə olunub. Xeyli müddət olardı ki, Azərbaycan ərazisi də "Starlink" peyklərinin əhatə dairəsinə daxil olmuşdu. "Starlink" internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq.

Xatırladıram ki, müharibə şəraitində olan Ukrayna bu peyk operatorunun imkanlarından yetərincə bəhrələnmişdi. İstənilən halda, alternativ bir internet xidməti olaraq "Starlink"in ölkəmizə gəlişi yetərincə faydalıdır.

Düşünmək olar ki, "Azərkosmos" bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də "SpaceX" vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub. Daha öncə də "Azərkosmos" rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi. Beləliklə, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və "SpaceX" şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar".

Ekspertin fikrincə, son illərin də təcrübəsi göstərir ki, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından "SpaceX" şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir: "Bununla da ölkəmizdə internet xidməti göstərən provayderlərin sayı daha da artmış oldu. Hazırda 150-dən çox provayder Azərbaycan internet məkanında xidmət göstərir".

"Beləliklə, qeyd olunan müqavilənin reallaşması ilə bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Maskın da qatılacağını gözləmək olar. Həmçinin gözləmək olar ki, peykimizin orbitə qaldırılması ilə bağlı "SpaceX" ilə anlaşmalar elə Konqres çərçivəsində imzalansın", - deyə O. Gündüz əlavə edib.
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Xəbər lenti