|
Təbrizin bələdiyyə rəisi Şahin Bahir oktyabrın 4-ü Bəxtiyar İzzətpənah adlı kürdü müşaviri təyin dib.
Axar.az xəbər verir ki, Təbrizdə yaşamayan və bu vaxta kimi önəmli vəzifələrdə çalışmayan kürdün vəzifəyə gətirilməsi şəhər sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Onun Təbriz bələdiyyəsinin müşaviri təyin edilməsinə yerli mətbuat və sosial şəbəkə istifadəçilər sərf reaksiya verib.
Etirazlar nəticəsində bir neçə saat sonra İzzətpənah istefa verib. Bələdiyyə rəisi Ş.Bahir isə onun istefasını dərhal qəbul edib.
Qeyd edək ki, İzzətpənah açıq şəkildə kürd partiyalarını dəstəkləyir və HDP ilə olan şəkillərini yayır.