|
ABŞ Dövlət katibi Mayk Pompeo Yaponiyaya gedib.
Axar.az xəbər verir ki, Pompeonun Tokioda Yaponiya Baş naziri Sindzo Abe və Xarici İşlər naziri Taro Kano ilə görüşü planlaşdırılıb.
Yaponiyada apardığı danışıqlardan sonra Pompeonun Şimali Koreyaya səfər edəcəyi bildirilib. Onun burada Şimali Koreya lideri ilə görüşü nəzərdə tutulub.