|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Qızılcahamam düşərgəsində çox vacib açıqlamalar verəcək.
Axar.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik deyib. O bildirib ki, Ərdoğanın MHP lideri Dövlət Baxçalı ilə görüşü Macarıstan səfərindən sonra baş tuta bilər.
Sözçü Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinə girəndən sonra itkin düşən jurnalist Camal Qaşıqçı barədə də danışıb:
"Həssaslığımız ən yüksək nöqtədədir. Məsələ ilə bağlı araşdırma aparılır".