|
Ötən gün axşam saatlarında Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazisində 3,3 maqnituda gücündə zəlzələ olub.
Report xəbər verir ki, yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb.
Seysmoloqların məlumatına görə, zəlzələ Bakı vaxtı ilə 18:48-də Dedoplistskaro şəhərindən 25 km cənub-şərqdə, Azərbaycanla sərhəddə yerləşən Zemo Xalatsani kəndinin 6-cı km-də baş verib.
Yeraltı təkanların mərkəzi yerin 40 km dərinliyində olub.