|
ABŞ ordusu Vyetnam müharibəsi zamanı nüvə silahından istifadə etmək istəyib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ-ın Vyetnam birliyi komandiri general Villiam Vestmorlənd 1968-ci ildə Şimali Vyetnama hücum etmək məqsədilə nüvə silahlarının Cənubi Vyetnama daşınması üçün hərbi əməliyyatlara başlayıb.
Vestmorləndin planından xəbərdar olan Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Vot. V.Rostov o dövrdə ABŞ prezidenti olmuş Lindon Consona xəbər verib. Plana qarşı olan Conson isə Vestmorləndə əməliyyatları dərhal dayandırmağı əmr edib.