|
Rusiya Prezidenti Vladimir Putin Cənubi Koreyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Putinin koreyalı həmkarının dəvətini qəbul etdiyini bəyan edib.
O, səfərin gələn ilə planlaşdırıldığını, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin hazırlıqlara başladığını söyləyib.
Matviyenko həmçinin qeyd edib ki, Şimali Koreya lideri Kim Çen bu ilin sonuna qədər Rusiyaya səfər edə bilər.