|
Kipr böhranı artıq həll edilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Məclis vəkili Zorlu Törə deyib.
"Rum-yunan tandemi təbii qaz məsələsində gərginlik yaratmaq istəyir. Onların məqsədi İsrail, Misir, Fransa və ABŞ-ı Türkiyənin qarşısına çıxarmaqdır. Ana vətənimiz Türkiyəyə bərk-bərk sarılmalıyıq. Yoxsa iqtisadiyyatımız çox zərər görəcək", - o bildirib.