|
Afrika turunun son dayanacağı üçün Misirə gedən ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın paltar seçimi sosial mediada gündəm olub.
Teleqraf.com xəbər verir ki, Melaniya Tramp uşaqlar üçün təşkil etdiyi kampaniyanı Misirdə tamamlayıb.
Birinci xanımı geyiminə görə məcərapərəst adlandıran sosial media istifadəçiləri onun paltarlarını 1920-ci illərdə arxeoloqların geydiyi palatarlara oxşadıblar.
Qeyd edək ki, Melaniya bundan öncəki gəzintisində də 19-cu əsrdə müstəmləkələrdə geyinilən şlyapanı geyinməklə sosial mediada tənqid olunmuşdu.