|
Rusiya ilə Ukrayna arasında barışıq qarşılıqlı istək əsasında ola bilər.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın İşğaldakı Ərazilərlə İş üzrə nazir müavini Georgi Tuka danışıb.
“Bu nə zaman baş verəcək? Bu, ilk növbədə Rusiya Federasiyasından asılıdır. Düşünmürəm ki, Ukraynada özünü “elita” adlandıran kəsimdə Rusiya xalqı ilə bağlı hər hansı önyarğı olsun”, - Tuka bildirib.
O, rus xalqını heç vaxt qardaş xalq hesab etmədiyini də bildirib:
“Əgər biz qardaşıqsa, o zaman bizlərdən hansımız Qabilik, hansımız Habil?”