|
İranda namus məsələsi üstündə qətl törətdiyinə görə ölümə məhkum edilmiş azərbaycanlı məhbus Həmid Valizadə edam edilib.
Axar.az xəbər verir ki, olay bir neçə gün əvvəl baş versə də, hadisə barədə xəbər bu gün yayılıb.
Əbhər şəhər sakini 38 yaşlı Həmid Vəlizadə İranın Qəzvin şəhərinin mərkəzi zindanında dara çəkilib.
Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.