Beynəlxalq Frankofoniya sammiti 17-ci dəfədir təşkil olunur.

Bu beynəlxalq tədbir bir növ fransız dilini və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir. Ancaq Ermənistan monoetnik dövlətdir və bir nəfər də olsun fransız burada daimi yaşamır. Ümumiyyətlə, Ermənistanda başqa xalqlar demək olar ki, yoxdur. Bunun səbəbi isə ermənilərin başqa xalqlara olan nifrəti və aqressiyasıdır. Ermənistanda yaşayan azərbaycanlıların sonuncu dalğası 1988-ci ildə bu ölkədən faşistcəsinə çıxarıldı. Halbuki həmin torpaqlarda yaşamaq hüququ, ilk növbədə, bu yerlərin aborigenləri olan azərbaycanlılara məxsus idi.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputat qeyd edib ki, Ermənistan adlı süni dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb. İndi isə 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə İrəvanda Frankafoniya sammiti keçirilir. Nə qədər təzadlıdır ki, 17-ci sammitin çağırışı da regionda birgəyaşayış, humanist dəyərlər və müxtəlifliyin qorunması kimi müəyyənləşdirilib. Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə belə tədbirin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir.

Ancaq məsələnin siyasi tərəfi də var. Ermənistan fransız dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən də siyasi dividend əldə etmək istəyir. Uzun illərdən bəri dünyaya özlərini fransız mədəniyyətinə ən yaxın xalqlardan bir kimi təqdim etməyə çalışan ermənilər olmayan bir məsələni fransız-erməni tarixi əlaqələri kimi təqdim edirlər. Əslində isə fransızlarla ermənilərin dostluğunun tarixi Osmanlıya qarşı düşmənçilik və ermənilərin təbəələri olduqları Osmanlıya xəyanəti ilə başlayır. Bu gün isə bu, həm də Rusiyaya qarşı verilən bir siyasi ismarıcdır və Ermənistanın qərbyönümlü siyasət yürüdəcəyinə işarədir. Ancaq belə ucuz şoularla erməni faşizmini gizlətmək mümkün deyil. Ermənistan işğalçıdır, azərbaycanlılara qarşı soyqırımı törədib və buna görə cavab verəcək.

21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır

Xəbər lenti