|
Qarşıdan gələn beynəlxalq sammitlər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında hər hansı bir görüş barədə hazırlıq işləri aparılmır.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov danışıb.
“Bildiyimiz qədəri ilə qarşıdan gələn aylarda həm Vladimir Putinin, həm də Donald Trampın birlikdə iştirak edə biləcəyi bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Əgər düzgün məlumatlandırılmışıqsa, Sinqapurda Trampın belə bir niyyəti yoxdur. Argentinada da “Böyük İyirmilik” ölkələrinin sammiti baş tutacaq. Bununla belə, hər hansı bir hazırlıq aparılmır, görüşlə bağlı heç bir təşəbbüs irəli sürülməyib”, - Peskov bildirib.