|
Türkiyə Beynəlxalq Valyuta Fonduna müraciət etməyin düzgün addım olmadığını və iqtisadi vəziyyəti yaxşılaşdırmayacağını anladı.
Axar.az xəbər verir ki, bunu rusiyalı iqtisadi ekspert Vladimir Fitin bildirib.
"Türkiyə öz yolunu seçdi və iqtisadi böhranın həllini ölkəyə xarici investisiyaları cəlb etmək və xarici müəssisələr üçün inam yaratmaqda görür", - Fitin söyləyib.