|
Türkiyənin iş adamları, siyasətçiləri Krımla əməkdaşlığı inkişaf etdirmək və yarımadanın Rusiyaya bağlı olduğunun tanınması məqsədilə Rusiya-Kırım-Türkiyə hərəkatını qurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Krım millət vəkili Ruslan Balbek məlumat verib.
"Rusiya-Kırım-Türkiyə hərəkatının əsas məqsədi Krımın statusunu beynəlxalq birlik tərəfindən tanınması üçün qüvvələrimizi birləşdirməkdir. Hərəkatın digər məqsədi Krımın Türkiyənin Rusiyaya qapısı olmaqla yanaşı, İpək yolunun geri qaytarılması üçün də mühüm rol oynamaqdır", - Balbek söyləyib.
Qeyd edək ki, daha öncə Krımda olan “Rusiya-Krım-Türkiyə” hərəkatının rəhbəri Yazdan Qaya Türkiyədən on biznesmenin Krıma səfər edəcəyi barədə məlumat verib.