|
ABŞ Tayvanla hərbi və rəsmi əlaqələrini dayandırmalıdır.
Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər naziri Van İ ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı deyib.
“Çin ABŞ-dan israrla tələb edir ki, “Vahid Çin” prinsipinə əməl etsin. Vaşinqton Tayvanla hərbi və rəsmi əlaqələrini dayandırmalıdır”, – deyə o bildirib.