|
Əgər kimsə xalqa problem yaratmaq rolunu üzərinə götürmək qərarını veribsə, o zaman xalq özü bu problemin ləğvi yolunu tapacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistan parlamenti de-fakto buraxılıb, indi sadəcə onun de-yure buraxılması həll edilməlidir:
“Əgər xalq qərar qəbul edibsə ki, bu hökumət getməlidir, o zaman hökumət istefaya getməlidir. Mən özümü bu prosesin zəmanətçisi sayıram”.