|
İtaliyanın iki hakim partiyası – 5 Ulduz Hərəkatı və Şimal Liqası Partiyasını ümumilikdə italyanların 62,3%-i dəstəkləyir.
Axar.az xəbər verir ki, bu nəticə “İpsos” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Ayrı-ayrılıqda Şimal Liqasını əhalinin 33,8%-i, 5 Ulduz Hərəkatını əhalinin 28,5%-i dəstəkləyib. Sorğuya əsasən, Şimal Liqası son 6 ay ərzində səslərini 12% artırıb, hərəkatın səs faizi isə 4% azalıb.
Ölkədəki əsas müxalifət partiyaları olan Demokratik Partiya və İrəli İtaliya Partiyalarının dəstəkçilərinin sayı isə əhalinin 17,1% və 7,8%-ni təşkil edib.
Qeyd edək ki, Şimal Liqası Partiyası İtaliyanın şimalında, 5 Ulduz Hərəkatı isə cənubda daha populyardır. Hər iki siyasi təşkilat Avropa Birliyinə qarşı xüsusi mövqeyi ilə seçilir. Şimal Liqası AB-nin indiki vəziyyətinin İtaliya üçün sərfəli olmadığını və təcili dəyişikliklərin aparılmasını istəyir. 5 Ulduz Hərəkatına gəlincə isə AB-yə qarşı olan bu partiyanı bəzi Qərb ölkələri Rusiyanın təsir vasitəsi sayır.