|
Belarusun Rusiyanın tərkibinə qatılması haqqında danışıqlar gülməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Mixail Babiçlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belarusun müstəqilliyini təkcə yerli xalq yox, həm də o zamankı Rusiya rəhbərliyi istəyib. İndiki Rusiya hakimiyyəti bu kursa əməl edəcəyini deyib. XXI əsrdə Belarusun Rusiyaya birləşdirilməsini demək gülməlidir. Mən indiyə qədər nə indiki, nə də birinci Rusiya prezidentindən bu haqda heç nə eşitməmişəm”, – deyə o bildirib.