|
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefaya hazırlaşır.
Bu barədə Paşinyan “France 24” kanalına müsahibəsində deyib.
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi 9-10 dekabr tarixlərinə planlaşdırılır. Bunun üçün isə o, 5 gün sonra istefasını elan etməlidir.
Xatırladaq ki, N. Paşinyan oktyabrın 8-də növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda memorandum imzalayıb.