|
Malayziya yaxın vaxtlarda ölüm hökmünü ləğv edəcək.
Nazirlər Kabineti artıq qərarı təsdiqləyib və baxılması üçün parlamentə göndərib.
Ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsinə oktyabrın 15-də - parlamentin aşağı palatasının növbəti iclasında baxılacaq.
Qeyd edək ki, Malayziyada ölüm hökmü xüsusi ağır cinayətlərə görə verilir. Bura qətl, azyaşlının zorlanması, dövlətə xəyanət, monarxiyaya qarşı silahlı qiyam, iri həcmli narkotik qaçaqmalçılığı daxildir.
Ölkədə ölüm cəzası kimi asılmaqdan istifadə edilir.