|
Kaspiyskdə Xəzər Donanması üçün mərkəzin tikilişi dekabrda başa çatacaq.
Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin kollegial iclasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, bu, Xəzər donanması gəmilərinin Xəzər dənizinə çıxış zamanını əhəmiyyətli dərəcədə azaldacaq.
Qeyd edək ki, Rusiya bundan öncə Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülməsi haqqında qərar qəbul edib.