|
Dəməşq İran qoşunlarının Suriyadan çıxarılmasına nail olmayana qədər Vaşinqton Suriyanın bərpasına heç bir vəsait verməyəcək.
Axar.az xəbər verir ki, bunu Amerikanın Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“İranın Suriyadan çıxarılmasının məsuliyyəti hökumətin üzərindədir. Məhz hökumət İran ordusunun burada yerləşməsinin günahkarıdır. Əgər onlar İran ordusunu buradan çıxartmasalar, ABŞ-dan rekonstruksiya üçün bir dollar belə almayacaqlar”, – deyə o bildirib.