Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Gömrük Komitəsinin keçmiş rəhbəri Armen Avetisyana qarşı cinayət işi açıb.

 

Axar.az xəbər verir ki, o, qeyri-qanuni sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulmasında ittiham edilib. Milli Təhlükəsizlik Xidməti Avetisyanı “Qolden Palas” mehmanxana kompleksinə sahib olmaqda günahlandırıb. Belə ki, MTX-nın iddiasına görə, kompleksi Kiprdə qeydiyyatdan keçən “Rivehil Holdinq” şirkəti tikib və bunun üçün Ermənistana milyonlarla dollar yatırıb:

“İnvestor kimi sənədlərdə Livan vətəndaşı göstərilib, amma onun şirkətə heç bir aidiyyəti olmayıb. Tikintinin gedişinə məhz Avetisyan nəzarət edib və öz vəzifəsindən istifadə edərək yaranan problemləri həll edib. Daha sonra belə bir otel Saxkadzorda tikilib. 2012-ci ildə bu mehmanxanlar kompleksini Britaniyada yaradılan “Qolden Qrup Limited” alıb. Kompleksin aksiyalarının 100%-lik sahibi Avetisyanın oğlu Artaşes olub. 2018-ci ildə Avetisyanlar İrəvanda “Qoldes palas butik” adlı yeni mehmanxana açıblar. Hər üç otelin dəyəri 90 milyon dollar olaraq dəyərləndirilir. Hazırda istintaq aparılır”.

Qeyd edək ki, Ermənistan Gömrük Komitəsi Serj Sərkisyan tərəfindən 2008-ci ildə ləğv edilib. O, Dövlət Gəlirləri Komitəsinə çevrilib.

22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi

Xəbər lenti