|
Camal Qaşıqçının öldürülməsi iddiaları təsdiqini taparsa, bunun Səudiyyə Ərəbistanı üçün nəticələri ağır olacaq.
Axar.az xəbər verir ki, bunu İngiltərə Xarici İşlər naziri Ceremi Hant deyib.
“Səudiyyəlilərin dostu olduğunu düşünənlər də bunun çox ciddi məsələ olduğunu deyir. Dostluğumuz və ortaqlığımız birgə dəyərlərə söykənir. Həqiqətən çox narahatıq”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Qaşıqçı bir müddət əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda yoxa çıxıb. Onun Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyünü iddia edilir.