|
Böyük neft idxalçıları hazırkı neft qiymətləri ilə əlaqədar diskomfort yaşayırlar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında OPEK Baş katibi Məhəmməd Barkindo deyib. O, bununla bağlı bir neçə həftə əvvəl Hindistandan məktub aldığını və rəsmi Dehlinin neft bazarında yaranan vəziyyətə görə narazılıq etdiyini bildirib.
Barkindo bu məsələnin 17 oktyabrda Hindistan dövlət nümayəndələri ilə müzakirə ediləcəyini açıqlayıb.