|
Rusiya və Ukrayna arasında konflikt mənəvi parçalanmaya səbəb olub. Artıq Ukrayna Pravoslav Kilsəsi Rusiya Pravoslav Kilsəsindən ayrılmaq ərəfəsindədir.
Axar.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib.
“Kilsənin parçalanması Moskvanın mövqelərini zəiflədə, onun şərqi xristianlıqdakı aparıcı mövqeyini azalda bilər. Hazırda kilsənin parçalanmasının qan tökülməsinə səbəb olacağıyla bağlı ciddi təhlükələr var. Əslində, Ukrayna Pravoslav Kilsəsi ilə Rusiya Pravoslav Kilsəsinin parçalanması uzun müddətdir davam edir. Belə ki, 1992-ci ildə rus kilsəsinin Kiyevdəki lideri Filaret müstəqil kilsə yaratmağa cəhd etdi, lakin o zaman Rusiya Konstantinopol Patriarxlığından dəstək alaraq bunun qarşısını ala bildi.
Digər tərəfdən kilsələrin parçalanması ilə Moskva patriarxlığı Ukraynadakı prixodlara (Xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadığı yer, məhəllə - red.) nəzarəti itirəcək. Belə ki, patriarxlığın tabeliyində olan 36 min prixodun təxminən üçdə biri Ukraynada yerləşir. Parçalanma həmçinin patriarx Kirill üçün böyük siyasi itki olacaq”, – deyə agentlik bildirib.