|
Uqandanın şərqində torpaq sürüşməsi baş verib.
Axar.az xəbər verir ki, təbii fəlakət nəticəsində 31 nəfər torpaq kütləsinin altında qalaraq ölüb.
Rəsmi mənbələrə görə, Keniya sərhədlərinə yaxın ərazidə yerləşən kiçik bir qəsəbə tamamilə torpaq altında qalıb.
Ölü sayının artması istisna edilmir.