|
ABŞ Prezidenti Donald Tramp "Maykl" qasırğasından zərər çəkənləri ziyarət edəcək.
Axar.az xəbər verir ki, bu barədə Tramp özü Tvitter hesabında bildirib.
O qeyd edib ki, insanların "Maykl" qasırğasının Corciya ştatına necə zərbə vurması barədə anlayışları yoxdur: "Gələn həftə Florida və Corciya ştatına gedəcəyəm".
Qeyd edək ki, Tramp "Maykl" qasırğasının vurduğu zərərlə bağlı Floridada fövqəladə vəziyyət elan edib.