|
ABŞ adminitrasiyası NATO-dakı partnyorlarına təzyiq edir və onlara öz siyasi düşüncələrini təlqin edir.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
“NATO-nun xərclərinin böyük bir hissəsi onsuz da ABŞ-ın müdafiəsinə yönəldilib. Bu ölkə özünü elə aparır ki, sanki digər ölkələr buna borcludur. Xüsusilə Avropa ölkələrinə öz siyasi dəst-xəttini yeridir”, - deyə sözçü bildirib.
Qeyd edək ki, Brüsseldə baş tutan NATO sammitində İranın raket sınaqlarından dolayı narahatlıq ifadə edilib.